“İmişli”nin baş məşqçisi: “VAR-ın işindən narazıyam”

“İmişli”nin baş məşqçisi: “VAR-ın işindən narazıyam”

“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunun açılış matçında “Zirə” ilə qarşılaşıb.

Sports.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Xorxe Kaskilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyunun çox çətin keçdiyini bildirib:

“Gözlədiyimiz kimi, oyun çox çətin keçdi. Həm də, meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Buna baxmayaraq, uşaqlar yaxşı çıxış etdilər.

“Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. İkinci hissəyə çıxanda onların qarşısını ala bilirdik. Mərkəz xətdən hücumlarına mane olurduq. Ona görə də, daha çox cinahlardan uzun ötürmələrlə cərimə meydançamıza hücumlar edirdilər.

Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyndan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.

“Qarabağ”la matçda qələbə qazanmaq əlbəttə ki, bu mümkündür. Bu, futboldur və top yumrudur. Hər şey ola bilər. Ola bilər ki, biz yaxşı günümüzdə olaq, “Qarabağ” isə yaxşı günündə olmasın. O zaman əlbəttə ki, bu, mümkündür. Amma nəzərə almaq lazımdır ki, “Qarabağ” çox güclüdür.

Çalışacağıq ki, Sinenkanı saxlayaq. Çox güclü qapıçıdır. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərə bilir. Çalışacağıq ki, onu itirməyək. Başqa klub onu transfer etmək istəsə, bu artıq digər məsələlərdir. Çempionatda 3-4 ən güclü qapıçıdan biridir.

Üç əsas amil var: texniki, individual və ən vacibi, taktiki keyfiyyət. Və “İmişli”nin də məşqləri çox sərt keçir. Uşaqlar məşqlərdə nizam-intizam baxımından çox çalışırlar.

Və sonda, “İmişli”nin bura gələn azsaylı azarkeşlərinə təşəkkür etmək istəyirəm. Uzaq yol gəlib bizi dəstəkləyirlər. Ümid edirəm ki, bir xalla onları sevindirə bildik”.
 

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar