Digər
Azərbaycanın stolüstü tennisçiləri finala yüksəldi

27.09.2025 | 17:40
III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
Sports.az xəbər verir ki, qızların fərdi yarışında Mərziyə Nurmətova özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub – 1:3.
Azərbaycanın oğlan stolüstü tennisçiləri də fərdi yarışlarda finala yüksəliblər. Onur Quluzadə və Adil Əhmədzadə yarımfinalda uğurlu çıxış ediblər.
Son xəbərlər





























