Azərbaycan futbolu
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Sumqayıt”a qarşı

28.09.2025 | 09:00
Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Turan Tovuz” Bakıda “Kəpəz”lə qarşılaşacaq. Turun son matçında isə “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Qəbələ”yə 2:0 hesabıyla qalib gəlibsə, “İmişli” – “Zirə” (1:1), “Şamaxı” – “Araz-Naxçıvan” (1:1) və “Neftçi” – “Karvan-Yevlax” (0:0) matçlarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
6-cı tur
28 sentyabr
16:30. “Turan Tovuz” - “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
“Azərsun Arena”.
19:00. “Sabah” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
“Bank Respublika Arena”.
Son xəbərlər





























