Azərbaycan MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq

Azərbaycan MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq

Azərbaycanda ilk dəfə keçiriləcək MDB Oyunlarında boks yarışlarına sentyabrın 29-da start veriləcək. Oktyabrın 5-də başa çatacaq mübarizəyə milli komandamız 37 idmançı ilə qatılacaq.

Sports.az xəbər verir ki, oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov sayca III Oyunlarda 2 heyətə güvənəcək.

Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda rinqə Qardaş Rəhimov, Əli Ruşanov (hər ikisi 46 kq), Əli Əliyev, Həsən Sahratlı (hər ikisi 48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (hər ikisi 50 kq), Əli Abaslı, Hüseyn Quliyev (hər ikisi 52 kq), İbrahim Bədəlli, Sadiq Musayev (hər ikisi 54 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Şahin Aslanov, Toğrul Quliyev (hər ikisi 60 kq), Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (hər ikisi 63 kq), Dəniz Rüstəmov, Nurlan Süleymanov (hər ikisi 66 kq), Adil Zalov, Hidayət Məmmədov (hər ikisi 70 kq), Şükar Əliyev, Nicat İmanov (hər ikisi 75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (hər ikisi 80 kq), Səfdər Məmmədzadə və İbrahim Nağıyev (hər ikisi +80 kq) rinqə çıxacaqlar.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevlə məşqçi Elnur Piriyev isə MDB Oyunlarında Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (hər ikisi 50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Azərpur Mirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcəklər.

Yarışda 8 ölkənin – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu gücünü yoxlayacaq. Qız idmançıların final görüşü oktybarın 4-də, oğlanların həlledici döyüşləri ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi Anar Babanlı olacaq.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar