“Biz bu dəqiqə nəticə haqda fikirləşmirik” - Xaliq Mərdanov

“Biz bu dəqiqə nəticə haqda fikirləşmirik” - Xaliq Mərdanov

"Kəpəz"in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətə belə şərh verib:

“Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq.

Komandanın Premyer Liqada qalmaq potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 heyətlərindən ibarət əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Heyətimiz gənclərdən ibarətdir. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.

Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Bunu etmişdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Etdiyimiz analizi yerinə yetirə bilmədilər. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.

Mənim fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur”.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar