Gəncədə MDB Oyunlarının açılış mərasimi keçirilib

Gəncədə MDB Oyunlarının açılış mərasimi keçirilib

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tamaşaçıların alqış sədaları ilə iştirakçı ölkələrin idmançıları arenaya daxil olublar.

Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədri Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov qonaqları qədim Azərbaycan torpağı olan Gəncə şəhərində görməkdən məmnun olduqlarını bildirib:

"Açılışı Gəncə stadionunda keçirilən III MDB Oyunları idman əməkdaşlığının inkişafına, gənclərin sağlam həyat tərzinə həvəsləndirilməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. İdmana göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Şəhərlərimiz III MDB Oyunlarını qəbul etmək üçün tam hazırdır".

Ardınca MDB baş katibinin müavini Nurlan Seyitimov çıxış edərək hər kəsi salamlayıb. O, III MDB Oyunlarının xalqların idman birliyinin parlaq rəmzinə çevrildiyini söyləyib:

"Bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahəsində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir".

Daha sonra andiçmə mərasimi üçün səhnəyə Azərbaycanın çövkən millisinin kapitanı Elçin Camallı, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Əsgərxan Novruzov və bədii gimnastika yarışları üzrə hakim Ləman Cəbrayılova dəvət edilib. Onlar yarışın şəffaf şəkildə keçiriləcəyinə and içiblər.

Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar