Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı

Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı

Minifutbol üzrə Azərbaycan çempionatında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

İlk olaraq bu il Bakıda keçirilmiş dünya çempionatı haqqında danışılıb. Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb.

Taleh Nəsibov yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O, son illərdə Azərbaycanda minifutbolun inkişaf etdiyini söyləyib:

“2022-ci ildə Avropa çempionu olandan sonra minifutbola diqqət daha da artırıldı. Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik. Yeni klubların, futbolçuların çempionata cəlb olunmasını istəyirik. İddialı kollektivlər çoxdur. Gələcəkdə yenə hansısa komandamızın Çempionlar Liqasının qalibi olacağına inanırıq. 2025-ci ildə Azərbaycan dünya çempionatına ev sahibliyi etdi. Bu yarışda böyük uğur qazandıq və mundialın qalibi olduq”.

Federasiya rəsmisi son olaraq Azərbaycan çempionatında 16 komandanın çıxış edəcəyini sözlərinə əlavə edib.

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx göstərilib, daha sonra Azərbaycan çempionatının reqlamenti haqqında məlumat verilib və 2025/2026 mövsümünün püşkü atılıb.

Azərbaycan çempionatının 1-ci turunda üz-üzə gələcək komandalar:

“Sumqayıt” – “Buxar”

“Bakı 145” – “DİN İdman Cəmiyyəti”

“Lənkəran” – “Atəşgah Suraxanı”

“Start Bakı” – “Aznur”

“Siyəzən” – “Gənclərbirliyi”

“Borçalı” – “Lerik”

“Cənub” – “Galaxy”

“Birbaşa Bakı” – “Zirə”

Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.
 

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar