Millimiz üçün danışılmış oyunlara qarşı sessiya keçirilib

Millimiz üçün danışılmış oyunlara qarşı sessiya keçirilib

AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib.

Sports.az xəbər verir ki, təlim Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutub.

Sessiyanın əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. U-17-nin üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoçarxlar nümayiş etdirilib.
 
Təlim çərçivəsində həmçinin aşağıdakı mövzular izah olunub:
• Mərc fəaliyyəti və qanunsuz əməllərin riskləri,
• Sanksiyalar və onların tətbiq mexanizmi,
• Danışılmış oyunlarla bağlı AFFA İntizam Məcəlləsinə 2025/2026 futbol mövsümü üçün edilmiş dəyişikliklərin mahiyyəti.
 
Sessiyanın sonunda futbolçular mövzu ilə bağlı suallar verib, təlimçi tərəfindən cavablandırılıb.

AFFA bundan sonra da gənc futbolçuların maarifləndirilməsi, ədalətli oyun və şəffaflıq prinsiplərinin təbliği istiqamətində tədbirlərini davam etdirəcək.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar