Digər
MDB Oyunları: Qadınlardan ibarət voleybol millimiz yarımfinalda!

03.10.2025 | 21:15
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
Sports.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Özbəkistana 3:2 hesabı ilə qalib gəlib.
Qrupun lideri olaraq bizim komanda yarımfinala çıxıb. Bu mərhələdə rəqibimiz Belarus yığması olacaq.
Günün digər oyununda B qrupunda Rusiya millisi Qırğızıstandan üstün olub (3:0) və yarımfinala vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi isə Özbəkistan komandası olacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları oktyabrın 5-də baş tutacaq.
Son xəbərlər





























