“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Qarabağ” sonuncu yerdə gedən “Kəpəz”i qəbul edəcək. Hansı ki, bu komanda Adil Şükürovu Azər Bağırovla əvəzləmək məcburiyyətində qalıb.
Digər oyun isə “Sumqayıt”la “Turan Tovuz” arasında olacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” matçında (2:2) qalib müəyyənləşməyib, “Araz-Naxçıvan” “İmişli”ni məğlub edib – 2:0. “Karvan” – “Sabah” və “Qəbələ” – “Şamaxı” oyunları sabah keçiriləcək.
Premyer Liqa
7-ci tur
4 oktyabr
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
“Azərsun Arena”, 17:00.
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.





























