“Komandamla qürur duyuram”

“Komandamla qürur duyuram”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev və futbolçusu Əli Bəşirov Qəbələdə təşkil olunan III MDB Oyunlarında Rusiya yığmasına qarşı keçirilən final görüşündən (2:3) sonra fikirlərini bildiriblər.

Sports.az xəbər verir ki, Nəbiyev komandanın güclü rəqibə qarşı layiqli mübarizə apardığını söyləyib:

“Rəqibin bu turnirdəki ilk iki oyununu təhlil etmişdik. Bu gün taktiki cəhətdən istədiyimiz hər şey birinci hissədə uğurlu alındı. Fasilədən sonra da ardıcıl iki qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi. Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur. Bu gün də ikinci hissənin ortalarından etibarən komandada eniş yaşandı. Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdir. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür. Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik. Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.

Əli Bəşirov məğlubiyyətə görə məyus olduqlarını deyib:

“Rusiya yığmasının keyfiyyətli rəqib olduğunu bilirdik. Lakin bu gün biz daha yaxşı çıxış etdik, gözəl oyun sərgilədik. 2:0 hesabı ilə önə keçdikdən sonra 3 qol buraxmaq üzücüdür. Buna baxmayaraq, komandamızla fəxr edirik”.

Son xəbərlər
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
DAHA ÇOX

Ən çox oxunanlar