Azərbaycan futbolu
“Karvan-Yevlax” “Sabah”a, “Qəbələ” “Şamaxı”ya qarşı

05.10.2025 | 09:00
Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “Karvan-Yevlax” Şamaxıda “Sabah”la qarşılaşacaq.
Turun son oyununda isə “Qəbələ” “Şamaxı”nı qəbul edəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0) məğlub edib, “Zirə” – “Neftçi” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.
Misli Premyer Liqası
7-ci tur
5 oktyabr
“Karvan-Yevlax” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.
Şamaxı şəhər stadionu, 15:00.
“Qəbələ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 17:30.
Son xəbərlər





























