Digər
MDB Oyunları: Azərbaycan avarçəkənlərindən ikinci medal

05.10.2025 | 13:30
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.
Sports.az xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobyanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.
Son xəbərlər





























