“Playmakers” layihəsi çərçivəsində təlim-seminar keçirilib

“Playmakers” layihəsi çərçivəsində təlim-seminar keçirilib

AFFA Təhsil və Reabilitasiya Mərkəzində, UEFA və “Disney”in birgə təşəbbüsü, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən “Playmakers” layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirilib.

Sports.az xəbər verir ki, tədbirin açılışını AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva ediblər. Təlim prosesinə layihənin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova rəhbərlik ediblər.

Seminar iki hissədən ibarət olub – nəzəri və praktiki.
- Nəzəri hissədə iştirakçılara layihənin məqsədləri, metodikası və məşq sessiyalarının tətbiqi qaydaları izah olunub.
- Praktiki hissədə isə meydançada interaktiv fəaliyyətlər həyata keçirilib və iştirakçılar uşaqlarla iş zamanı tətbiq olunan “Playmakers” məşq modellərini əyani şəkildə sınaqdan keçiriblər.

Bakı və üç regionda olmaqla 25 mərkəzdə fəaliyyət göstərən “Playmakers” layihəsi 2028-ci ilə qədər davam edəcək. Layihənin reallaşmasında əsas məqsəd 5-8 yaşlı qız uşaqlarının futbola marağını artırmaq, sosial və psixoloji bacarıqlarını inkişaf etdirmək və erkən yaşdan sağlam həyat tərzinə təşviq etməkdir. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə uğurla icra olunur və bu müddət ərzində 6000-dən çox qız uşağı “Playmakers” proqramı vasitəsilə futbolla tanış olub.

“Playmakers” proqramı qadın futbolunun inkişafına, gender bərabərliyinin təşviqinə və gənc qızların idmana inteqrasiyasına mühüm sosial töhfə verir.

Son xəbərlər
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar