Azərbaycan futbolu
“Sabah”ın futbolçusu ciddi zədə aldı

05.10.2025 | 17:15
“Sabah”ın hücumçusu Coy Lens Mikels Premyer Liqanın 7-ci turunun “Karvan-Yevlax”la səfər matçında ciddi zədə alıb.
Sports.az xəbər verir ki, qarşılaşmanın son saniyələrində rəqib qapıçı ilə hava mübarizəsi zamanı belindən zərbə alan futbolçu ağrılar içində yerdə qalıb.
Həkimlərin ilkin müdaxiləsindən sonra təcili tibbi yardım maşını meydana dəvət olunub. Mikels həkim nəzarətində dərhal xəstəxanaya aparılıb.
Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər





























