Digər
Sinqapur qran-prisinin qalibi bəlli oldu

05.10.2025 | 20:15
"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə Sinqapur qran-prisində qalib gəlib.
Sports.az xəbər verir ki, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.
İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.
Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.
Son xəbərlər





























