Digər
Avarçəkənlərimiz MDB Oyunlarını dörd medalla başa vurdular

06.10.2025 | 13:45
III MDB Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub.
Sports.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə 4 medal qazanıblar.
Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.
Son xəbərlər





























