“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”

“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”

"Quba" basketbol komandası formasından uzaq olsa da, nəticələri qənaətbəxşdir.

Sports.az xəbər verir ki, bunu bölgə klubunun mətbuat xidmətinə açıqlamasında komandanın gürcüstanlı basketbolçusu Levan Qoqaladze deyib.

O, hər rəqibə qarşı mübarizə aparacaqlarını vurğulayıb:

"Komandamız özünün ən yaxşı formasından çox uzaqda olsa da, nəticələrdən razıyıq. Mövsümə qələbə ilə başlamaq əla idi. Dizimdən zədə aldım və 10 gündür məşq etmirdim. Çalışacağıq ki, bunun davamını gətirək. Hələ də taktiki işlər üzərində çox çalışmalıyıq. Düşünürəm ki, qalib gəlməyimizin əsas səbəbi səy və enerji idi. Biz basketbol oynadıq, komanda oyunu ortaya qoyduq. Bu il komanda yaxşıdır. Məşqçinin hər bir tapşırığını yerinə yetirməyə hazır olan bir neçə yerli basketbolçunu da komandaya cəlb etmişik. Hər komandaya qarşı mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik".

L.Qoqaladze qarşıdakı hədəflərdən də danışıb:

"Ən yaxşısına ümid edək. Nə edəcəyimizi qabaqcadan danışmağı xoşlamıram. Oyundan-oyuna irəliləyəcəyik. Necə alınacağını da görəcəyik. "Sərhədçi" ilə matçdan sonra "Ordu" ilə görüş barəsində düşünürdük. "Ordu"nun bir neçə amerikalı oyunçu mənə tanışdır. Onlar Gürcüstanda bəzi dostlarımla birlikdə oynayıblar. Yaxşı oyun olacağı dəqiqdir. Ümid edirəm ki, qələbə bizim olacaq".

Son xəbərlər
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar