Seçmə mərhələdə bu gün daha 8 oyun keçiriləcək

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutacaq.
Sports.az xəbər verir ki, oyunlar E, F, I və K qruplarında keçiriləcək.
Türkiyə millisi evdə Gürcüstanla, İtaliya İsraillə, İspaniya Bolqarıstanla üz-üzə gələcək. İngiltərə səfərdə Latviya ilə görüşəcək.
DÇ-2026-nın seçmə mərhələsi
14 oktyabr
E qrupu
22:45. İspaniya - Bolqarıstan
22:45. Türkiyə - Gürcüstan
Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan - 0.
F qrupu
22:45. Portuqaliya - Macarıstan
22:45. İrlandiya - Ermənistan
Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya - 1.
I qrupu
20:00. Estoniya - Moldova
22:45. İtaliya - İsrail
Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova - 0.
K qrupu
22:45. Latviya - İngiltərə
22:45. Andorra - Serbiya
Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra - 1.





























