“Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir” - “Qarabağ”ın futbolçusu

“Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir” - “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın əslən xorvat olan yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya seçməsinin DÇ-2022-nin 1/4 finalında Braziliyanı penaltilər seriyasında üstələyərək, yarımfinala yüksəlməsindən sonra "Match TV"yə müsahibə verib.

Sports.az xəbər verir ki, Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi belə danışıb:

“Matçdan öncə hamı Braziliyanın favorit olduğunu düşünürdü. Amma xorvatlar xarakter nümayiş etdirdilər və yarımfinala vəsiqə qazandılar. Onlara görə çox sevinirəm. Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir. Yığma heç vaxt 11 metrlik cərimə zərbələrində məğlub olmayıb. Fikrimcə, bu yolla finala da çıxmaq mümkün olacaq".

Ozobiçin həmyerliləri yarımfinalda Argentina ilə qarşılaşacaqlar. Ağdamlıların futbolçusu "Messini dayandırmaq mümkün olacaqmı" sualını da cavablandırıb: "Onu sevirəm və uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi bu dəfə də dünya çempionu ola bilməyəcək. Cənubi amerikalıların Niderlandla oyununu izlədim. Görüş çox çətin keçdi. Argentinalılar temperamentlidirlər. Hesab edirəm ki, Xorvatiya daha yaxşı oynayacaq və onlara qalib gələcək".

Təcrübəli oyunçu Xorvatiya millisinin ən yaxşı futbolçusunun adını da açıqlayıb: "Məncə, Luka Modriç həmişə bir nömrədir. Bu səbəbdən məhz onu seçərdim. Modriç "Qızıl top" mükafatını qazanan yeganə xorvatiyalıdır. Eyni zamanda, Dominik Livakoviç də yaxşı qapıçıdır, cari mundialda bir neçə penalti qaytarıb. Komandamız üçün çox vacib oyunçudur".

Filip xorvatları baxımsız futbol sərgiləməkdə ittiham edənləri haqlı saymır: "Bəziləri çox şey deyə bilər, amma biz millini yarımfinalda görürük. Bunu söyləyənlər artıq evə gedib, biz isə hələ də buradayıq. Dünya çempionu ola bilərikmi? Görəcəyik. Yığmada bunun üçün bütün lazımi keyfiyyətlər var".

Xatırladaq ki, Argentina və Xorvatiya yığmaları arasında yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar