“Şuaybunun günahı böyükdür” - Ayxan Abbasov

“Şuaybunun günahı böyükdür” - Ayxan Abbasov

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun açılış matçında “Kəpəz”i qəbul edib.

Sports.az xəbər verir ki, 1:4 hesabı ilə məğlub olan “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov üzücü məğlubiyyət olduğunu bildirib:

“Üzücü məğlubiyyət oldu. Azarkeşlərə dəstəyinə görə təşəkkür edirəm. Rəqibi təbrik edirəm. Bilirdik ki, “Kəpəz” hər oyuna fərqli motivasiya ilə çıxır.

İlk 15-20 dəqiqədə yaxşı oynadıq. Oyunun qırılma anı qırmızı vərəqə oldu. İkinci hissəni azlıqda keçirməyimizlə futbolçularımız ikiqat güc sərf etməli oldular. Futboldur, belə hallar olur. Futbolçularımın arxasındayam.

Şuaybunun günahı böyükdür. Ümumən, “qırmızılar”ı bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də, özünü göstərmək istəyirdi, keçmiş komandasıdır.

Bu gün rəqibdə hər şey yaxşı alındı, bizdən üstün idilər. Millinin düşərgəsində olmağım məğlubiyyətə səbəb deyil. Keçən fasilədən sonra qayıdanda da ən yaxşı oyunlarımızdan birini keçirmişdik. Digər səbəblər var. Zədəli oyunçularımız var.

Məğlubiyyətlərdən sonra çətindir. Daha güclü olmaq lazımdır. Neçə illərdir Premyer Liqada çıxış edirik. Belə rəqiblərlə oyunda məğlub olmaq bağışlanmazdır. Bu durumdan çıxmalıyıq. Amma bu, futboldur və burda hər şey ola, istənilən nəticə qeydə alına bilər”.

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar