“Qalib də gələ bilərdik” - Elmar Baxşıyev

“Qalib də gələ bilərdik” - Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə keçirilən görüşü (2:2) şərh edib.

Sports.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik.

- Qışda mərkəz müdafiəçisi transferi gündəmə gələcək?  

- Sırf o mövqeyə köklənməmişik. Qışa kimi uzun müddət var. O mövqedə sıxıntımız olsa, futbolçu cəlb edilə bilər. Amma futbolçularım universaldır, müdafiənin mərkəzində oynayacaq oyunçular var. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq.

- Oyundan sonra baş hakimə narazılıq edirdiz?

- Xeyr, narazlıq deyildi. Sadəcə oyun epizodu idi. "Neftçi"nin ikinci qoluna tam baxmamışıq. Amma epizod elədir ki, dəqiq qərar vermək olmur. 

- Patrik Andradenin performansı sizi razı salır?

- Patrikin enişdə olduğunu düşünmürük. Ondan istədiyimiz oyunu bizə verməyə çalışırdı. Böyük futbolçudur, böyük potensiala malikdir. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunlar göstərəcək. 

- Onun millisi dünya çempionatına vəsiqə qazandı, amma adı siyahıda yox idi. Bu, ona təsir edə bilər?

- Ümumi təsir etməyib. Əlbətət ki, o da öz ölkəsinin mundialda oynamağına sevinir. Onun psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox komandamıza köklənib. Düşünürəm ki, Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir. 

- Naxçıvana azarkeşlərlə görüşünüz oldu. Bu, ev oyunlarınızı Naxçıvanda keçirə biləcəyinizlə bağlı addım və ya mesaj idi?

- Görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə Konfrans Liqasına hazırlıq, oyunların sıxlığı ilə əlaqədar o səfəri milli fasiləyə salmalı olduq. Faydalı görüş oldu. Komanda da şəhəri görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, futbolu orada necə sevirlər. Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir.

- Felipe Santos Benin millisində oynayacaq. Sizinlə məsləhətləşdi? Afrika Millətlər Kubokunda oynayacaq və belədə düşərgədən uzaq qala bilər...

- Onun qərarıdır. Öz vətənində oynamaq istəyir. Müasir futbolda da bu normal haldır. Hansısa ölkənin vətəndaşlığına sahib olursan. Bizim xəbərimiz var idi. Biz də ona uğurlar arzuladıq. O, dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi. Gələcəkdə bizi nə gözləyir, nə mən, nə də Santos cavab verə bilər. Bizim üçün önəli oyunçudur. Sərəncamımızda olsa, komanda üçün daha xeyirli olar (sportal.az).

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar