Dünya futbolu
“Komo”dan Nikolas Pasla bağlı açıqlama

20.10.2025 | 09:20
“Komo” “Real”ın məzunu, 21 yaşlı argentinalı hücumameylli yarımmüdafiçi Nicolas Pasla bağlı açıqlama verib.
Sports.az xəbər verir ki, “göl adamları” Pasın geri satınalma yolu ilə Madridə qayıda biləcəyini təsdiqləyiblər.
Vurğulanır ki, Pas “Kral klubu”nun ona olan marağından xəbərdardır və özü də “qaymaqlılar” üçün çıxış etmək həvəsindədir.
Son xəbərlər





























