Dünya futbolu
“Real” “Kristal Pelas”ın kapitanını Madridə gətirməyə hazırdır

23.10.2025 | 15:00
“Kristal Pelas”ın kapitanı, 25 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Mark Qehi növbəti ilin yanvar ayında İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçə bilər.
Sports.az xəbər verir ki, “qaymaqlılar” Qehi müqabilində “qartallar”a 30 milyon avro məbləğində ödəniş təklif etməyə hazırdırlar.
Vurğulanır ki, “Real” bu məsələdə gözləmə mövqeyi tutmaq və digər klubların maraqları ilə çəkişmək niyyətində deyil.
Son xəbərlər





























