Dünya futbolu
Abramoviçin nümayəndəsi milyarderlə bağlı şayiəni təkzib etdi

23.10.2025 | 22:45
Məlum olduğu kimi, bir müdət əvvəl, “Çelsi”nin keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviçin Türkiyə nəhəngi “Qalatasaray”ı satın alacağı haqda məlumat yayılmışdı.
Sports.az xəbər verir ki, Abramoviçin nümayəndəsi müvafiq xəbəri təkzib edib:
“Müvafiq məlumat həqiqətə uyğun deyil. Cənab Abramoviç heç bir klubu satın almır və sərmayə yatırmır”, deyə nüfuzlu iş adamının nümayəndəsi vurğulayıb.
Son xəbərlər





























