Ucuz ətin şorbası

Ucuz ətin şorbası

Əvvəldən bəlli idi ki, bu qrupda autsayderik. Fransa ilə ilk oyundan öncə "Oser faciəsi"nə bənzər növbəti rüsvayçılıqdan qorxurduq.

İndi sanki reallıq hissini itiririk. Bəli, fransalı ulduzların Bakıda ciddi motivasiyası yox idi. Amma qalan matçlarda rəqiblər millimizlə 3 xal uğrunda var-gücü ilə mübarizə apardı.

Bunu hamı bilir ki, uşaq futbolu üçün infrastruktur, təbii ot örtüklü meydançalar, akademiyalar yaradılmasa, xaricdən səviyyəli mütəxəssislər gətirilməsə, onların yanında özümüzünkülər yetişməsə belə də davam edəcək. Uşaq futbolu düzəlməsə, mümkünsüzdür! 
 
Milli ilə də bağlı fundamental işlər görülməli, doğru təməl qoyulmalıdı. Ayxan Abbasovun gəlişi ilk uğurlu addım sayıla bilər.

Komandamız 16 oyundur qələbə qazana bilmir. Son 2 ildə keçirdiyimiz 20 matçda 2 qalibiyyət var. O da ucuz əti ilə daha çox gündəmdə olan Monqolustan və Qazaxıstanla yoldaşlıq görüşlərində. Amma ucuz ətin şorbası olmadığı kimi Monqolustanla oyunda qələbədən də fatıya tuman olmadı. 

Əsas qazancımız bəzi gənc futbolçuların milliyə dəvət almasıdı. 21 yaşlı Xəyal Əliyev, Nəriman Axundzadə kimi futbolçular hələ uzun illər millinin aparıcı simaları ola bilərlər. 20 yaşlı Rüfət Abbasovun işi bir az çətindi. Çünki, Elvin Cəfərquliyevlə eyni mövqedə oynayır. Amma Toral Bayramov və Rəhman Daşdəmirovu da nəzərə alsaq, ən azı sol cinah müdafiəçisi mövqeyində rəqabətin olmasına sevinə bilərik. 

Təəssüf ki, hər mövqe haqda eyni sözləri demək olmur. Məşqçilərin oyunçu seçimi baxımından işi çox çətindi. İndi əsas yük də seleksiyaya məsul şəxslərin üzərinə düşəcək. Millətlər Liqasının D qrupunda zəif rəqiblərlə oyunlaracan mümkün qədər gənc heyət formalaşdırılmalıdı. 

Ayxan Abbasov həmin komandanı yaradıb uğurlar qazanacaq potensialda baş məşqçidi. Uğursuz əcnəbilərə illərlə şans verilən əsas millidə cəmi 2 ay əvvəl işə başlasa da, indi kollektivinin Fransayla mübarizə aparıb məğlub olmasına görə tənqid hədəfidirsə, doğru yoldadı!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar