“Bütün oyunlarda qalib gəlmək mümkün deyil” - Dambrauskas

“Bütün oyunlarda qalib gəlmək mümkün deyil” - Dambrauskas

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:

“Komandama təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Öncədən bilirdik ki, çətin oyun olacaq. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer Liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdir. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burada topa nəzarət etmək həqiqətən də çətindir. Birinci hissədə meydançaya adaptasiya olmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. "İmişli"nin də haqqını vermək lazımdır. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı.

Həmişə mənə sual verirlər ki, niyə stabil çıxış etmirsiz. Bugünkü oyunumuzu mükəmməl hesab etməzdim. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidir. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq.

Biz daha çox öz oyunumuza köklənirik. “İmişli” ilə 4 gün sonrakı kubok oyunu daha ağır olacaq. Çünki hesab 0:0 olsa, rəqib üçün yaxşı olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq”.

Son xəbərlər
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar