“Şamaxı” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı

Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə iki görüş baş tutacaq.
Əvvəlcə, “Şamaxı” “Sumqayıt”la üz-üzə gələcək. Şamaxıda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək.
Turun son oyunu isə “Qəbələ” və “Araz-Naxçıvan” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Zirə”yə (0:2), “İmişli” “Sabah"a (0:3) uduzub, “Qarabağ” “Karvan-Yevlax”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçı isə qolsuz yekunlaşıb.
Misli Premyer Liqası
13-cü tur
30 noyabr
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 14:00.
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:30.





























