“Baxımlı qollar vurduq” - Siyasət Əsgərov

“Baxımlı qollar vurduq” - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində Malayziya yığmasına qarşı keçirilən oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sports.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

“Malayziya millisi Banqladeş yığması üzərində qələbə qazanmışdı. Bizi də məğlub etsəydilər, turnirin qalibi olacaqdılar. Bu səbəbdən matça yüksək motivasiyada hazırlaşmışdılar. Rəqibin əvvəlki bir neçə görüşünü də təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik, oyun planları da eyni idi. İki fərqli hissə keçdi. İlk yarıda baxımlı qollar vurduq. Hər iki qolun üzərində məşqlər zamanı işləmişik. Fasiləyə qədər daha bir dəfə fərqlənə bilərdik. İkinci hissədə də yüz faizlik qol imkanlarımız oldu. Gənc futbolçulara özlərini göstərmək şansı yaratdıq. Düşünürəm ki, əsas çatışmazlığımız qol epizodlarından yararlana bilməməyimiz idi. Bu məqam seçmə mərhələ oyunlarında bizə çətinlik yarada bilər. Banqladeş yığması ilə qarşılaşmaya daha yaxşı hazırlaşmağa çalışacağıq”.

Qeyd edək ki, millimiz turnir çərçivəsində son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.

Son xəbərlər
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar