“Qırmızı vərəqə bizi xal itkisindən xilas etdi”

“Qırmızı vərəqə bizi xal itkisindən xilas etdi”

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları söyləyib:

"Futbolçularımı təbrik edirəm. Onlar xarakter göstərdilər. Bu, çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə çox yaxşı görüşümüz oldu. Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq. Bu gün oyun bir az gərgin başladı. "Araz-Naxçıvan" güclü komandadır, yaxşı hücum potensialına malikdir. Matçın əvvəlində bizdə həyəcan var idi. Buna görə top itkilərinə yol verdik. Qol vurduqdan sonra sakitləşdik və daha rahat oynamağa başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Rəqibə qol imkanı vermədik. Biz çoxlu qol epizodları yaradırıq. Amma onlardan yararlana bilmirilk. Bu gün gördüm ki, bizim potensialımız daha  çoxdur. Hələ bir oyun udmuşuq. Qarşıda çox matç var. Bu qələbədən düzgün nəticələr çıxarmalıyıq".

Bizim Elmar Baxşıyevə böyük hörmətimiz var. Həm yaxşı insandır, həm də yaxşı məşqçidir. Sadəcə elə alındı ki, onun komandası ilə matçda qələbə qazandıq.

Çox şadıq ki, Nuğay Rəşidov kimi gənc futbolçu bu gün yaxşı oynadı. Amma onu çox tərifləməyək. Nuğay stabil oynamalıdır. Bu gün Eşqin də yaxşı mübarizə apardı. Nicat zədəli halda oyuna çıxmışdı. Meydanda var gücünü qoydu. Bütün futbolçulara təşəkkür edirəm. Əsl xarakter göstərdilər.

Murad Musayevin son dəqiqələrdə qırmızı vərəqə almasına gəlincə, onun oyunda yeganə səhvi həmin anda gecikməsi oldu. O, tək kapitan deyil, meydanda lider kimi oynayır. Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi”.

Son xəbərlər
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar