Azərbaycan futbolu
Kubokun 1/8 final mərhələsinə start verilir

02.12.2025 | 09:00
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
Əvvəlcə, “Şahdağ Qusar” Premyer Liqa təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək.
Günün digər oyunu isə iki elita təmsilçisi – “Zirə” və “Neftçi” arasında keçiriləcək.
Mərhələnin qalan oyunları 3-4 dekabrda baş tutacaq.
Azərbaycan Kuboku
1/8 final
2 dekabr
“Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”, 15:00
“Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
Son xəbərlər





























