Azərbaycan futbolu
Azərbaycanlı hakim “Çelsi”nin oyununda

08.12.2025 | 15:15
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Sports.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.
Son xəbərlər





























