Azərbaycan futbolu
“Qarabağ”ın ÇL oyununa 27 650 bilet satılıb

08.12.2025 | 16:30
Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyununa indiyədək 27 650 bilet satılıb.
Bu barədə Sports.az-a Ağdam klubundan məlumat verilib.
"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Son xəbərlər





























