Dünya futbolu
TFF daha 22 hakimin və 27 futbolçu ilə bağlı araşdırmaya başladı

09.12.2025 | 15:15
Türkiyə Futbol Federasiyası (TFF) daha 22 hakimin mərc oynaması ilə bağlı araşdırmaya başlayıb.
Sports.az xəbər verir ki, onlardan ikisinin yüksək səviyyəli liqalarda çalışdığı bildirilib.
Bundan əlavə, TFF-nin İntizam Komitəsi daha 27 oyunçu ilə bağlı eyni səbəbdən araşdırma aparacaq.
Qurum daha əvvəl yüzlərlə futbolçu və hakimi mərc oyunlarında iştirak səbəbindən cəzalandırıb.
Son xəbərlər





























