ACF 21 kluba lisenziya verdi

ACF 21 kluba lisenziya verdi

Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi “İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar”a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verilib. 

Sports.az xəbər verir ki, ilkin mərhələdə qayadalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edən və qaydalarda müəyyən edilən meyarlara uyğun olan 21 idman təşkilatına ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 5 (beş) il müddətinə müvafiq lisenziya verilib.

Bu münasibətlə 26 dekabr 2022-ci ildə keçirilən tədbirdə ACF-in baş katibi Rəşad Rəsullu idman təşkilatlarına müvafiq lisenziyaları təqdim edib. Lisenziya əldə edən idman təşkilatlarını təbrik edən R.Rəsullu bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanda cüdonun Azərbaycanda cüdonun bütün aspektlərinin stimullaşdırılması, daha da təkmilləşdirilməsi ilə yanaşı, idman təşkilatlarının idarəetmə səviyyəsinin inkişaf etdirilməsi və resurslardan effektiv istifadənin təmin edilməsidir.

Rəsullu qeyd edib ki, hazırda 40-a yaxın idman təşkilatının təqdim etdiyi sənədlər baxılma mərhələsindədir və lisenziyalaşdırma üzrə orqanın növbəti ay keçiriləcək iclasında müvafiq qərarlar veriləcək: “Lisenziya verilmiş və Federasiya tərəfindən tanınan klubların və cəmiyyətlərin siyahısı ilə Federasiyanın saytında tanış olmaq mümkündür. Biz valideynlərə seçim edərkən bu siyahı ilə tanış olmağı və Federasiyanın lisenziya verərək tanıdığı klubları seçməyi tövsiyə edirik”.

Görüş zamanı bildirilib ki, lisezniya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa Federasiya verilmiş lisenziyaların geri çağrılması hüququna malikdir.

Qeyd edək ki, 2023-ci il ərzində bütün klublarının və idman təşkilatlarının lisenziyalaşdırılması hədəflənir.

Son xəbərlər
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
Sanço “Mançester Yunayted”ə qayıdacaq
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar