Azərbaycan tarixinin ən vacib oyunu

Azərbaycan tarixinin ən vacib oyunu

Azərbaycan futbol tarixinin mübaliğəsiz ən önəmli oyunu - "Neftçi" - "Pünik" döyüşüdü.

Bu, sadəcə 2:0 hesablı qələbəmizlə bitən sıradan bir futbol matçı deyildi. 

"Birlik kuboku"nun bu 1/4 final qarşılaşması Azərbaycan üçün çox ağrılı günə - 19 yanvara təsadüf etmişdi.

İdman siyasətdən uzaq qalmalıdı. İdmançı robot deyil uda da bilər, uduza da. 

Amma bu həna, o hənadan deyildi! 

Oyundan öncə bilindi ki, artıq tribunalarda kiçik qələbəni biz qazanmışıq. Ermənilər azərbaycanlılardan qorxub çox az sayda gəlmişdi. 

Hiyləgər qonşularımızdan 4-5 dəfə çox idik. Borçalılı Musa kişi zurnası ilə sanki qələbə marşı ifa edir, futbolçularımızı zəfərə səsləyirdi.

Hesabda önə keçəndən sonra qonşularımızın xisləti dərhal üzə çıxdı, təxribat etdilər. İştirakçı ölkələrin bayrağı olan tərəfdə dayanan ermənilər öz bayraqlarını bizim bayrağın üstündən asdılar. Meydanda kişi kimi uduzmaqdansa aranı qatıb oyunu yarımçıq saxlamaq istəyirdilər.

Amma bu təxribatın da qarşısını aldıq.

Vidadi Rzayevin qələbə qolundan sonra o zaman düşmən işğalında olan Ağdamda doğulub-böyümüş tarixi oyunun şərhçisi Altay Əliyevin  hayqırtısını sanki bütün dünya eşitdi. 

Meydandakı təmiz məğlubiyyətlə barışmayan düşmən turnir iştirakçıları qaldığı oteldə də təxribat etmək istədi. Zədəli olduğu üçün turnirə aparılmasa da, sırf bu oyunda komandamızın yanında olmaq üçün Moskvaya gələn Qurban Qurbanovun gözünə gözlənilmədən namərd zərbəsi vurdular. Və bundan sonra komandamız tərəfindən sözün hərfi mənasında döyüldülər, nokauta salındılar.

21 il öncə, Moskvadakı "Dinamo" manejində biz bu mücadiləni udduq. 

Futbolçular, komandamızın bütün heyəti, tribunada olan və olmayan AZƏRBAYCANLILAR bu döyüşü qazandı.

Azərbaycan üçün qanlı bir gündə, xalqımıza bu faciəni yaşadan dövlətin paytaxtında AZƏRBAYCANLI XARAKTERİ və əsl AZƏRBAYCANLI BİRLİYİ göstərib mənfur düşməni diz çökdürdük. 

...Həm meydanda, həm meydandan kənarda. İstər mənəvi, istər fiziki baxımdan...

Kiçik bir döyüşü udduğumuza çox sevinirdik. Çünki, torpaqlarımız işğalda idi. Psixoloji cəhətdən məğlub durumdaydıq.

Amma ağlımıza da gəlməzdi ki, 15 il sonra biz böyük müharibədən - Vətən savaşından da təmiz qələbə ilə ayrılacağıq.

Əsl qəhrəmanlar bu zəfəri xalqımıza bəxş edən igidlərdi. 

36 il öncə, yanvarın 19-u düşmən tanklarının qabağına əliyalın çıxıb müstəqilliyimiz üçün canlarını fəda edən qəhrəmanların belə də övladları olmalı idi!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

Birlik kuboku, 1/4 final
19 yanvar
Pünik – Neftçi 0:2
Qollar: Adamia, 68. Rzayev, 72.
Pünik: Kasparov, Tatevosyan, Hovsepyan, Mkrtçyan, V.Aleksanyan, Petrosyan, Okanq, Arzumanyan, Paçadjyan, K.Aleksanyan, Davtyan (Nranyan, 28).
Neftçi: Hüseyn Məhəmmədov, İqor Getman, Rəşad Sadıqov, Ruslan Abbasov, Emin Quliyev, Elçin Rəhmanov (Rəşad Sadiqov, 83), Mahmud Qurbanov, Tomislav Vişeviç, Vidadi Rzayev (İssa Nikiema, 74), Zaur Tağızadə (Elşən Qəmbərov, 77), Georgi Adamiya (Darko Çordaş, 88).
Sarı vərəqələr: Vişeviç, 12, Rəhmanov, 48, Quliyev, 53 - Hovsepyan, 34, V.Aleksanyan, 90.
Qırmızı vərəqələr: Sadıqov, 87 - Hovsepyan, 90.
Hakim: Yuri Baskakov (Rusiya).
Moskva. "Dinamo" maneji. 1500 tamaşaçı

 

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar