Azərbaycan cüdoçuları Avstriyada təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada təlim düşərgəsində iştirak edir

Azərbaycanın cüdo üzrə milli komandası 9-17 yanvar aralığında Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir.

Sports.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən və gənclərdən ibarət milli komandadan 27 kişi idmançı qatılıb. Qadınlardan ibarət milli komandadan isə 10 cüdoçu hazırlıqda iştirak edir.

1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 Dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var.

Böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman toplanışla bağlı bunları bildirib: “Yeni təqvim ilinin başlanğıcıdır və bu, ilin ilk rəsmi toplanışıdır deyə, buraya çox sayda reytinqli idmançı qatılıb. İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək qran-pri və Parisdə baş tutacaq “Böyük Dəbilqə” turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin, bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq”.

Cüdoçularımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir. 

Son xəbərlər
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
Sanço “Mançester Yunayted”ə qayıdacaq
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar