Futbol millimiz bir tarixin astanasında

Futbol millimiz bir tarixin astanasında

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq. 

Görüş saat 15.00-da "Palms Sports Arena"da start götürəcək. 

İş günü olmadığından futbolsevərlərin bu çətin sınaqda gənclərimizə tribunadan dəstək verməsinə heç bir əngəl yoxdu. 

Bu, xüsusən "Neftçi" azarkeşlərinə aiddi. Doğma arenada millimizi dəstəkləmək, mövsümün sonu Kiprə yollanacaq klubun yetirməsi Murad Məmmədova motivasiya vermək zamanıdı. 
Portuqaliyanın heyətindəki gənc ulduzları seyr etmək imkanı da tez-tez ələ düşmür. 
İdman TV ilə canlı yayımlanacaq oyunu yunanıstanlı hakimlər idarə edəcək. 

Bu axşam saat 19.00-da Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda əsas milli komandamız Sent Lüsiyanı qəbul edəcək. Qarşılaşma CBC Sportla canlı yayımlanacaq.
Millimiz bu matçda tarixində ən böyükhesablı qələbəsini qazana bilər. 

Komandamızın baş məşqçisi Ayxan Abbasov "Sumqayıt" tarixinə düşüb. İndi isə millidə bunu edə bilər. Təbii ki, sumqayıtlı azarkeşlərin tribunadan köməyi ilə. 

Milli komandamızın baş məşqçisi bu qarşılaşma öncəsi tənqid və təzyiqlərlə üzləşib. Əsas səbəb Fransa ilə oyunda zədələnən Şahruddin Məhəmmədəliyevin dəvəti ilə bağlıdı.
Şahruddin milli komandamızın liderlərindəndi. Buna elə belə yox, xarakterinə, xarizmasına görə nail olub. Bəzi futbolçular millidə mükafat, "premiya" davası edəndə Şahruddin komanda yoldaşlarına formanın, bayrağın, gerbin dəyərini anlatmağa çalışan biridi. Bu faktdı, sözgəlişi demirəm. 
Dağıstanlı Şahruddin milliyə layiq görülüb pul davası edən bəzi azərbaycanlı futbolçulardan bu formanı geyinməyə daha çox layiqdi! Belə adamların karyerasını bitirəndən sonra da millidə qalıb işləməsində fayda var! Eyni sözləri Bədavi Hüseynov haqda da deyə bilərəm. 
Odur ki, Ayxan Abbasovu bu məsələyə görə tənqid etmək yersizdi. 

...Baş məşqçinin Yusif İmanovla bağlı suala cavabı kimi...

23 yaş qapıçı üçün çox deyil, elə oyunçu üçün də. Təcrübəli mütəxəssislər, üstəlik də millinin baş məşqçisi belə gəncləri həvəsdən salmaq əvəzinə dəstək verməlidi ki, indi də olmasa, bəlkə gələcəkdə hansısa faydasını görə bilək. 

Ümumən, Ayxan Abbasov 1-2 istisnayla ölkənin ən güclü futbolçularını milliyə dəvət edib və bu komandanın axşam Sumqayıtda tarix yazacağına inanıram. 

Millilərimizə uğurlar!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar