“Qarabağ” rəsmiləri UEFA Forumunda

“Qarabağ” rəsmiləri UEFA Forumunda

"Qarabağ" futbol akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev UEFA Gənclər Liqası 5-ci Forumunda iştirak ediblər.

Sports.az xəbər verir ki, Cenevrə şəhərində başa çatan tədbirdə bir neçə mövzuda seminarlar keçirilib. Lids Bekket Universitenin professoru Sercio Lara-Bersial "Futbol IQ-sü nədir və gənc futbolçularda necə inkişaf etdirilə bilər?", "Olimpik"in (Lion, Fransa) sabiq köməkçi məşqçisi Damyen Della Santa "Fərdi oyunçu inkişafı", UEFA Məşqçi İnkişafı Departamenti "Gələcək nəsil futbolçu yetişdirilməsinin metodoloji prinsipləri" mövzularında təqdimatlar ediblər.

Qonaqlar Lozanna şəhərində Madrid "Real"ının penaltilərlə Belçika təmsilçisi "Brügge"yə qalib gəldiyi (əsas vaxt 1:1) Gənclər Liqasının final matçını izləmək imkanı qazanıblar. Daha sonra UEFA texniki nümayəndələri - sabiq məşhur futbolçu Sami Xedira və məşhur məşqçi Anj Postukouqlu ilə birlikdə final oyunu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir Dortmund "Borussiya"sında uşaq futbolundan başlayaraq Çempionlar Liqasının finalına qədər uzun yol keçmiş Edin Terziçin maraqlı panel müsahibəsi ilə başa çatıb.

Sonda iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Son xəbərlər
Spalletti ayın ən yaxşısı seçildi
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Bu gün final seriyasının ikinci oyunu keçiriləcək
Günün oyunları – TV
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
“Malyorka”ya bir qol bəs etdi
“Lids”dən inamlı qələbə
“Leççe”dən səfər qələbəsi
“Beşiktaş”dan inamlı qələbə
“Mançester Yunayted”də yeni müqavilə
Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb
2-ci Liqada 25-ci turun təyinatları açıqlandı
“Sabah”ın futbolçuları uşaqlarla görüşdülər
Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu
“Qarabağ”ın əvəzedicilərindən darmadağın
Premyer Liqanın 30-cu turu rəqəmlərin gözü ilə
“Heydər Əliyev kuboku”nda 185 boksçu mübarizə aparacaq
Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurdular
“Barselona” iki futbolçusunu satmağa hazırdır
“Nəticəmizin əla olacağına əvvəlcədən inanırdıq”
Bakı-Xankəndi yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
"Fənərbağça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
“Prezident Kuboku”nda son günün qalibləri mükafatlandırılıb
“Barselona” PSJ-nin hücumçusu ilə maraqlanır
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
Oyuna çıxmayan komandaya texniki məğlubiyyət verildi
MY və “Milan” oyunçu mübadiləsi gerçəkləşdirə bilərlər
İki komandaya 210 manatlıq cərimə
Yüksək Liqada 19-cu turun oyun cədvəli açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar