Teymur Rəcəbov Azərbaycan millisində oynamaqdan imtina etdi

Teymur Rəcəbov Azərbaycan millisində oynamaqdan imtina etdi

Azərbaycan şahmatının liderlərindən olan Teymur Rəcəbov millidə çıxış etməkdən imtina edib.

Sports.az xəbər verir ki, 35 yaşlı qrossmeyster yığmamızla Şahmat Olimpiadasında iştirak etməyəcək.

Teymurun əvəzinə milli komandamıza Nicat Abbasov sonuncu löhvə kimi əlavə edilib. Orda yarışacaq beş nəfərlik heyətimiz belədir: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasov.

Bu yerdə bildirək ki, Rəcəbov bu yaxında beynəlxalq turnirin gedişatında səhhətində yaranmış problemə görə çıxışını yarımçıq dayandırmışdı. O, indi də sağlıq duurmundakı problemi önə çəkərək belə bir qərar verib.

Lakin Vasif Durarbəyli “Facebook” səhifəsində onun bu imtinayla bağlı fikirlərini yazaraq komanda yoldaşını qınayıb: "Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir. Kimi Məmməd Arazın "Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" kəlamını əyani həyatımızda nümayiş etdirir. Kimi də Rəcəbov kimi milyonlarla yatırım alır, amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir. 2019-da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç-heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.

44-cü Şahmat Olimpiadası bu il iyulun 28-dən avqustun 10-dək Hindistanın Tamil Nadu ştatının paytaxtı Çennay şəhərində keçiriləcək. Moskva və Xantı-Mansiyskdə keçirilməli olan bu məsul yarış FİDE-nin Ukraynadakı müharibəyə reaksiyasından sonra Rusiyadan çıxarılıb.

Xatırladaq ki, Rəcəbov Serbiyada komanda yarışında Avropa çempionu olan şahmat yığmamızın heyətində olub.

Son xəbərlər
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
DAHA ÇOX

Ən çox oxunanlar