Şahmat
Azərbaycan millisindən Qazaxıstan üzərində qələbə

06.08.2022 | 18:37
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, millimiz VIII turda Qazaxıstanı məğlub edib.
Qazaxıstan – Azərbaycan 1,5:2,5
Rinat Cumabayev – Rauf Məmmədov - 0,5:0,5
Əlişir Süleymanov – Qədir Hüseynov - 1:0
Arıstanbəy Urazayev – Vasif Durarbəyli - 0:1
Qazıbəy Nökərbəy – Nicat Abbasov - 0:1
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.
Son xəbərlər





























