“Neftçi”dəki problemlər titulsuz qalmağımızla nəticələndi” – Məşhur futbolçu 

“Neftçi”dəki problemlər titulsuz qalmağımızla nəticələndi” – Məşhur futbolçu 

“Neftçi” tarixinin adlı-sanlı transferlərindən biri Adrian Nyaqa olub desək, yanılmarıq. 

Azərbaycana gələnə qədər Rumıniya millisində çıxış edən, ölkəsinin ən məşhur klubu “Styaua”nın kapitanı olan Nyaqa ölkəmizdə top qovduğu müddətdə 43 oyunda vurduğu 16 qol və verdiyi 7 məhsuldar ötürmə ilə azarkeşlərin sevgisini qazanmağı bacarmış və adını "ağ-qara" tarixə əbədi yazdırmışdı. 

Adrian 2010-cu ildə ciddi islahatlar aparılan vaxtda “Neftçi”ni tərk edən futbolçulardan biri oldu. Onun gedişindən sonra komanda çempionluqları sıraladı, ölkə kubokunu qazandı, Avropa Liqasında qrupa düşən ilk Azərbaycan klubu kimi tarixə düşdü. 

Onunla söhbətləşməkdə məqsəd “Neftçi”li günlərlə bağlı xatirələrini dinləmək olsa da, bakılıların hazırkı baş məşqçisi Laurentsiu Regekampfdan da danışdıq. 

- İşlərin necə gedir? Özünü necə hiss edirsən? 

- Özümü necə hiss etdiyimi ən yaxşısı deməyim. Rumıniyadakı isti adamı boğur. Havanın hərarəti 40 dərəcəyə yaxındır. Yaydır, başa düşür və dözürük. Həmişə belə olmur. 

- Nə işlə məşğulsan indi? 

- 2 ildir agent kimi fəaliyyət göstərirəm. Bəzi futbolçu müştərilərim var ki, onlarla daim əlaqədəyəm. 

- Müştərilərinin arasında tanınmış simalar var? 

- Əsasən rumın futbolçularla işləyirəm. Aralarında ən məşhuru Andrey Kordeadır. “Styaua”nın və Rumıniya millisinin üzvüdür, 22 yaşı var. Əsasən gənclərlə çalışmağı üstün tuturam. 

- İndiyə qədər Azərbaycan klubları ilə əməkdaşlıq etmisən, yaxud belə bir planın var? 

- Açığı, bu günə kimi olmayıb. Amma belə bir planım var. Mən “Neftçi”də oynayanda o vaxt klubda çalışan Səbuhi Səfiyarlı vardı. İndi o da agent kimi fəaliyyət göstərir. Onunla mütəmadi əlaqədəyəm. Bəlkə nə vaxtsa işbirliyimiz oldu. 

- Yaxın keçmişi vərəqləyirəm, “Unirya Baskov”, “Atletik Bradu”, “Urban Titu”, “SCM Piteşti”, “National Sebiş”, “Poli Timişoara” kimi komandalarda məşqçi kimi çalışmısan. 

- Elədir. Futbolçu karyeramı başa vurandan sonra məşqçilik kateqoriyasına yiyələndim və 5-6 il məşqçi kimi çalışdın. Sonradan anladım ki, Rumıniyada məşqçi işləmək mənlik deyil. Burada məşqçiliklə bağlı xoşagəlməz hallar yaşanır. Ona görə də işləməmək ən yaxşısıdır. 

- Azərbaycan üçün darıxırsan? 

- Əlbəttə. Orada gözəl günlərim keçib, xoş xatirələr qalıb yadımda. Açığı, gəlmək istəyirəm. Gözləyirəm, görək, “Qarabağ”la “Neftçi”dən hansı qrup mərhələsinə vəsiqə qazanacaq. Bilmək olmaz, bəlkə hər ikisi bacardı. Belə olacağı təqdirdə payızda Bakıdakı hansısa maraqlı oyunu izləmək üçün gələcəyəm. Amma bir neçə il əvvəl eşitdiyim xəbərə çox üzüldüm. 

- Hansı xəbərə? 

- İlqar Quluzadənin ölüm xəbərinə. Biz “Neftçi”də olanda Quluzadə klubun vitse-prezidentiydi. Rəhbər kimi öz yerində, insan kimi  möhtəşəm adam idi. İlqarın ölüm xəbərinə Marian Aliuta ilə birlikdə çox sarsıldıq (o da Nyaqa ilə eyni vaxtda “Neftçi”də oynayıb – red.). “Neftçi”də işbirliyimiz başa çatsa da, dostluğumuz davam edirdi. Bir neçə il öncə Aliutanın oğlu doğulanda İlqar uşağın ad günü üçün Rumıniyaya gəlmişdi. 3 gün burada qaldı, bütün günü birlikdə olduq. Heyf İlqardan. 

- Azərbaycanda kimlərlə əlaqən qalıb? 

- Təkcə Səbuhi ilə danışıram. Hə, bir də vaxtilə “Neftçi”də komanda yoldaşım olmuş Suat Usta ilə. Onunla qardaş kimiyik, tez-tez zəngləşirik. 

- İlyarım tərkibində olduğun “Neftçi”ni necə xatırlayırsan? 

- Cənubi Koreya karyerasından sonra Azərbaycanda legioner həyatı yaşamaq mənim üçün yeni çağırış idi. Əla futbolçulardan yığılmış yaxşı komandamız var idi. Lakin klubun daxilində anlamadığım nələrsə başa verirdi. Əslində anlayırdım, bilirdim, amma bu haqda heç nə deməyəcəyəm. Məhz həmin problemlər titulsuz qalmağımızla nəticələndi. Adi oyunlarda lazımsız xallar itirdik, çempionluq əldən çıxdı. Bakıda “Turan”a uduzduq, “Turan”a. 

- 2010-cu ilin yayında səninlə yanaşı Vladimir Miçoviç, Marian Aliuta, Valter Quqlemon, Nazar Bayramov, Valentin Atem, Valeri Abramidze, Dmitri Kruqlov, Suat Usta, Joze Karlos kimi legionerlər yola salındı, sizin əvəzinizə yeni əcnəbilər gətirildi və həmin komanda ilə uğurun təməli qoyuldu. Baş verənlərdən xəbərin var yəqin. 

- Tək futbolçuları yox, çox adamı dəyişdilər. Səmimi sözümdür, “Neftçi”nin nəticələrini izləyirdim və klubun adına sevinirdim. Bilirsiniz niyə elə oldu? 

- Niyə? 

- Çünki klubda sabitlik yaşanmağa başladı. Sabitlik olan yerdə isə uğur də olur. Mən ilyarım orada oldum, səhv etmirəmsə, 3 məşqçi ilə işlədim. 3 aydanbir məşqçi dəyişirdilər. Ona görə də nəticə olmurdu. Amma bizdən sonrakı dönəmdə məşqçi və futbolçular uzun illər komandada oldu. 

- “Neftçi”nin hazırkı məşqçinin kimliyindən yəqin ki, xəbərdarsan. 

- ... (davamı olacaq)

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar