Digər
Azərbaycanlı hakimin ulduzu artırıldı
![](https://sports.az/file/articles/2023/03/21/1679410050_6.jpg)
21.03.2023 | 18:46
Boks üzrə referi Rövşən Qədirov növbəti hakimlik imtahanından uğurla keçib.
Sports.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.
O, bu nailiyyətə martın 1-10-da Mərakeşdə keçirilən Qızıl kəmər seriyası çərçivəsində keçirilən ilk turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.