“Neftçi"nin avtobusunu daşa basdılar, şüşələrini sındırdılar”

“Neftçi

“Neftçi” tarixinin adlı-sanlı transferlərindən biri Adrian Nyaqa olub desək, yanılmarıq.

Azərbaycana gələnə qədər Rumıniya millisində çıxış edən, ölkəsinin ən məşhur klubu “Styaua”nın kapitanı olan Nyaqa ölkəmizdə top qovduğu müddətdə 43 oyunda vurduğu 16 qol, verdiyi 7 məhsuldar ötürmə ilə azarkeşlərin sevgisini qazanmağı bacarmış və adını "ağ-qara" tarixə əbədi yazdırmışdı.

Adrian 2010-cu ildə ciddi islahatlar aparılan vaxtda “Neftçi”ni tərk edən futbolçulardan biri oldu. Onun gedişindən sonra komanda çempionluqları sıraladı, ölkə kubokunu qazandı, Avropa Liqasında qrupa yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü.

Onunla söhbətləşməkdə məqsəd “Neftçi”li günlərlə bağlı xatirələrini dinləmək olsa da, bakılıların hazırkı baş məşqçisi Laurentsiu Regekampfdan da danışdıq.
(əvvəli ötən yazıda) 

- “Neftçi”nin hazırkı məşqçinin kimliyindən yəqin ki, xəbərdarsan.
- Təbii. Rumıniyanın bacarıqlı məşqçilərindən olan Laurentsiu Regekampfa etibar ediblər. Regeni və “Neftçi”ni yaxşı tanıyıram. Fikrimcə, doğru yerə gedib və ən qısa zamanda komanda öz nəticələri ilə azarkeşləri sevindirəcək. 

- Maraqlıdır, Rumıniyanın ən yaxşı məşqçilərindən birininin xidmətinə Rumıniya klubları niyə ehtiyac duymur?
- “Neftçi”dən əvvəl “Universitatya”daydı. 

- Bilirəm, amma orada da çox duruş gətirə bilmədi və yenidən ölkəni tərk etdi.
- Məşqçilərin, futbolçuların həyatı belədir. Bu gün buradasan, sabah harada olacağına heç kim zəmanət vermir. Ona görə də xırdalıqlara getməyə gərək duymuram. Kimə harada rahatdırsa, orada da işləyir, oynayır. 

- Rumıniya mətbuatında Rege ilə bağlı xoşagəlməz xəbərlər dərc olunur. Spirtli içki aludəçisi olması, övladlarına pul verməməsi, gecə həyatına və qadınlara meyllilik...
- Sənin və mənim haqqımda da ağıllarına gələni yaza bilərlər. Bu o demək deyil ki, biz pisik, yaxud yazılan kimiyik. Hərənin öz şəxsi həyatı var. Rege də, siz də, mən də istədiyimiz kimi yaşaya bilərik. Bunu bizim əlimizdən heç kim ala bilməz. Önəmli olan işdə məsuliyyətli olmaq, aldığın maaşın qarşılığını verməkdir. Sabah siz gedib klubda qadınlarla əylənsəniz, kənardan biri baxıb “gedib yazılarını yazmır, gəlib burada rəqs edir, içir” deyə bilər. Bu, nə dərəcədə düzgündür? Ona görə də Regenin şəxsi həyatına yox, “Neftçi”dəki işinə baxmaq yaxşıdır. 

- Laurentsiu ilə münasibətiniz yaxşıdırsa, deməli, “Neftçi”nin hansısa oyununu izləmək üçün Bakıya gəlmək ehtimalı var.
- Sağlıq olsun, “Neftçi” qrupa düşsün, gəlib mütləq hansısa matça canlı baxacağam. “Neftçi” – “Qarabağ” duelləri də maraqlı alınır. Və ya millinizin hansısa güclü rəqiblə qarşılaşması. Baxarıq, vaxt var hələ.

- “Qarabağ”ın avrokuboklardakı nəticələrini izləyirsən?
- Bir neçə oyunlarına baxmışam. İllərdir eyni məşqçiyə güvənən komandaları və vahid sistemləri var. Futbolda bu, olduqca vacib məqamdır. Həm də Azərbaycan futbolunun inkişafı üçün faydalıdır. 

- Bakı haqqında xatirələrin nədən ibarətdir? Dost-tanışla söhbət edəndə yadına ən çox nə düşür, nələri xatırlayırsan?
- Həyatımın ilyarımını keçirdiyim gözəl ölkə kimi qalıb yadımda. Suat Ustanı xatrlayırsınız yəqin, “Neftçi”də birlikdə oynayırdıq? 

- Suatı unutmaq olar? 
- Suatla çox yaxın dostam, qardaş kimiyik, tez-tez danışırıq. O mənə demişdi ki, Bakı çox dəyişib, görsən tanımazsan. Əvvəl də əla şəhər idi, indi möhtəşəm olub. Bakını hansısa cəhətlərinə görə Buxarestə bənzədirəm. Mütləq səfər edib gəzmək, görmək lazımdır. 

- Azərbaycanda başına gələn ən maraqlı, hələ də unutmadığın hadisə nə olub?
- Səhv etmirəmsə, Qəbələdə oynayırdıq. Meydan sahibləri son dəqiqələrdə künc zərbəsindən sonra qapımıza qol vurdu, hakim qoldan əvvəl qayda pozuntusu olduğunu bildirib topu hesaba almadı. Dərhal ara qarışdı, azarkeşlər meydana axışdı. Oyun başa çatandan sonra isə bizi hədəf seçdilər. Stadionu tərk edib Bakıya qayıdanda “Neftçi”nin avtobusunu daşa basdılar, şüşələri sındırdılar. 

- Dəhşətə gəlmişdin? 
- Futbolda bu cür halların yaşandığını bilsəm də, heç vaxt başıma gəlməmişdi. Amma Azərbaycanda bunu yaşadım və heç vaxt unutmayacam. Əslində xoş xatirə kimi qalıb yadımda. Azarkeşlər avtobusa hücum edirsə, deməli futbolu sevir, futbolla yaşayırlar. Futbol isə onlar üçün oynanılır.

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar