Şahmat
Növbəti Şahmat Olimpiadasının keçiriləcəyi ölkə bilindi

09.08.2022 | 11:20
2026-ci il Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlanıb.
Sports.az xəbər verir ki, nüfuzlu yarış 4 ildən sonra Özbəkistanda keçiriləcək.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı məlumat yayıb. Bununla bağlı qərar FİDE-nin 44-cü Konqresində qəbul olunub.
Xatırladaq ki, Özbəkistan ilk dəfə Şahmat Olimpiadasına ev sahibliyi edəcək.
Son xəbərlər





























