Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin qalibləri bilindi

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin qalibləri bilindi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman jurnalistləri arasında şahmat turniri keçirilib. Məmmədyarovlar şahmat məktəbində baş tutan yarışda ATV, İdman TV, CBC Sport televiziya kanallarının, "Xalq qəzeti", "Olimpiya dünyası", "Futbol+" qəzetlərinin, Sportmedia.az və Allsport.az saytlarının təmsilçiləri iştirak edib.

Dairəvi sistem üzrə 7 turda keçirilən turnirdə bütün rəqiblərinə qalib gələn Allsport.az saytının baş redaktoru Kamran Hacı çempion olub. ATV idmanın redaktoru İlkin Fikrətoğlu ikinci, Sportmedia.az saytının baş redaktoru İlkin Vidadioğlu üçüncü yeri tutublar.

Yarışın sonunda iştirakçılar mükafatlandırılıb. 

Mükafatları AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov və Məmmədyarovlar şahmat məktəbinin təsisçisi, qadınlar arasında beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova təqdim ediblər.

Eldar İsmayılov Ulu Öndərin Azərbaycan mediasının inkişafındakı misilsiz rolundan və jurnalistlərə daimi diqqətindən danışıb. 

Zeynəb Məmmədyarova isə Ümummili Liderin Azərbaycan idmanının və şahmatının tərəqqisində göstərdiyi xidmətlərdən bəhs edib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar