Bakıda ilk dəfə 100 lövhədə seans keçirildi

Bakıda ilk dəfə 100 lövhədə seans keçirildi

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan seans təşkil edilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak edib. 

Sports.az xəbər verir ki, seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb. 

İki saata yaxın davam edən seansda  15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıb. 

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar