Şahmat Federasiyasının hesabat konfransı keçirildi

Şahmat Federasiyasının hesabat konfransı keçirildi

Azərbaycan Şahmat Federasiyasının hesabat konfransı keçirilib.

Sports.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan konfransa Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov rəhbərlik edib.

AŞF rəhbəri 2022-ci ilin yekunları barədə məruzə ilə çıxış edib, ötən ilin nəticələrini xatırladıb. Ardınca ötən ilin yekunlarına həsr olunan qısa film nümayiş etdirilib. 

İclasda Azərbaycan Şahmat Federasiyasının üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük kriteriyalarına əlavələr edilib. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib. 

Konfransda Azərbaycan Şahmat Federasiyasının nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb. 

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İcraiyyə Komitəsinin yeni üzvləri kimi təsdiqlənib. 

Azərbaycan Şahmat Federasiyasının İntizam Komissiyası formalaşdırılıb. İlqar Xələfovla Ələmdar Məmmədov komissiyaya üzv,  Elçin Məmmədov sədr seçilib. 

Azərbaycan Şahmat Federasiyasının Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər, Regional İnkişaf Komissiyalarının hesabatı dinlənilib.  

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib.

Hesabat konfransından sonra Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar