Şahmat
Şahmatçıların futbol matçında 14 qol
01.08.2023 | 18:00
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıblar.
Sports.az xəbər verir ki, oyunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, FİDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri iştirak ediblər.
Yoldaşlıq görüşündə FİDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıblar. Hər biri 30 dəqiqədən və iki hissədən ibarət olan oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıblar.
Qalib komandaya kubok təqdim olunub.