“Şəhriyarın mübarizəni dayandırması bəxtsizlikdir”

“Şəhriyarın mübarizəni dayandırması bəxtsizlikdir”

Dünya Kubokunda üçüncü mərhələyə vəsiqə qazanan azərbaycanlı şahmatçı Rauf Məmmədov tay-brekdəki qələbəsi barədə danışıb. 

Sports.az xəbər verir ki, Məmmədov turnirin rəsmi saytına açıqlamasında bunları deyib:

“Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdur. Bu çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana çox sağ ol demək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var”.

Üçqat Avropa çempionu üçüncü mərhələdə qarşılaşacağı rəqibi FIDE təmsilçisi Yan Nepomnyaşi barədə fikirlərini bildirib: “Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Növbəti rəqib Yan Nepomnyaşi olacaq. Kifayət qədər güclü şahmatçıdır. Vitse-dünya çempionudur. Çalışacam ən yaxşı oyunumu göstərim”.

Azərbaycanlı şahmatçı komanda yoldaşı Şəhriyar Məmmədyarovun Dünya Kuboku ilə erkən vidalaşmasını bəxtsizliklə əlaqələndirib: 

“Şəhriyar kimi şahmatçının erkən mərhələdə mübarizəni dayandırması mənə görə bəxtsizlikdir. Digər tərəfdən etiraf etmək lazımdır ki, şahmatın səviyyəsi çox qalxıb. Hazırda 2300 reytinqi olan şahmatçını məğlub etmək san deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdı. Məncə sinqapurlu Tin Jinqao  2700 reytinqli şahmatçı olacaq, uğurları qarşıdadır”.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar